Paytaxtda ər arvadını QƏTLƏ YETİRİB – Baş Prokurorluq 

Paytaxtda ər arvadını QƏTLƏ YETİRİB – Baş Prokurorluq 

Hazırda oxunan: Paytaxtda ər arvadını QƏTLƏ YETİRİB – Baş Prokurorluq 

103896

Noyabrın 11-i saat 22 radələrində paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində 1984-cü il təvəllüdlü Sevinc Museyibovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Baş prokurorluqdan Bizim.Media-ya verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin əri,1978-ci il təvəllüdlü Vidadi Müseyibovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Sevinc Museyibovaya qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Bildirilib ki, faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Vidadi Müseyibov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO