“Bu gün əsgər və zabitlərin maaşlarının azaldılması ilə bağlı xəbərlər tirajlanır. Bu xəbərlər ordumuzun böyük qələbəsi üzərinə kölgə salır”.
Bizim.Media-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elman Nəsirov deyib.
MÖVZU İLƏ BAĞLI:
''Müharibənin ikinci mərhələsi başlayıb'' - Siyavuş Novruzov
Deputat bildirib ki, yayılan xəbərlərlə bağlı hələ də əsaslı açıqlama yoxdur.
“Bu gün bizim əsgər və zabitlərimizin maaşlarının artırılmasına ehtiyac var. Buna bizim imkanlarımız da çatır. Nəzərə alaq ki, düşmən tərəfindən də bu tirajlanan xəbərlər izlənilir”.
Bizim.Media