Səlim Müslümovun pensiya “İSLAHATLARI” – DSMF-yə inamı öldürən SƏBƏB nədir? 

Səlim Müslümovun pensiya “İSLAHATLARI” – DSMF-yə inamı öldürən SƏBƏB nədir? 

Hazırda oxunan: Səlim Müslümovun pensiya “İSLAHATLARI” – DSMF-yə inamı öldürən SƏBƏB nədir? 

103820

“Bu günkü pensiya siyasəti işəgötürənlərin və işçinin maraqlarına tam uyğun deyil. Mövcud siyasət həm işəgötürəni, həm də işçini qane etmədiyi üçün hər iki tərəf DSMF ilə əməkdaşlıqda maraqlı deyil”.

Bizim.Media-ya bu fikirləri iqtisadçı ekspert Akif Nəsirli söyləyib.
 

MÖVZU İLƏ BAĞLI:

Səlim Müslümov məhkəmədə özünü təqsirli bilib


Ekspertin sözlərinə görə, hazırda əmək haqqının 25 faizi DSMF-yə ödənilir:

“Hələ digər ödənişlər də var. Ona görə də işəgötürənə leqal əmək haqqı və əmək müqaviləsi sərf etmir. İşəgötürənlər bir çox hallarda rəsmiyyətdə işçiyə 300 manat əmək haqqı yazır.

Reallıqda isə bu rəqəm kifayət qədər yüksəkdir. Bəzən də işəgötürənlərin əksəriyyəti işçi ilə müqavilə bağlamır. Əmək haqqını nağd şəkildə ödəyir. Minimum və orta pensiyanı görən işçi də məcburən işəgötürənlə razılaşmalı olur”. 

Akif Nəsirli əlavə edib ki, bu problemləri aradan qaldırmaq, DSMF-yə inamı və marağı gücləndirmək üçün 2006-cı ildə Pensiya islahatlarına start verilib:

“Həmin proqramda mövcud pensiya siyasətinin fəlsəfəsini dəyişmək məqsədi qarşıya qoyulmuşdu. 2006-cı ildən 2017-ci ilə qədər Səlim Müslümovun rəhbərliyi altında bu “islahatlar” davam etdirildi. 2017-ci ilin 1 iyulunda qəbul edilən qanuna görə həmin “islahat”dan imtina edildi. 2006-cı ilə qədərki pensiya siyasətinin qayəsi belə idi ki, əmək qabiliyyətli insanlar işləyir həm özlərini, həm də yaşlı nəsli saxlayırdı.

Yəni, işləyənlərin əmək haqqından tutulan vəsait hesabına pensiyaçıların pensiyası ödənilirdi. Lakin 2006-cı ildə başlanan islahatın hədəfi o idi ki, hər bir işçi fərdi uçota keçirilsin. Və işlədiyi dövrdə özü üçün pensiya kapitalı yığsın.

Yığdığı kapitala uyğun da gələcəkdə layiqli pensiya alsın. 2017-ci ilə qədər bu istiqamətdə müəyyən işlər görüldü. Hər bir vətəndaşa DSMF-də fərdi uçot açıldı. İşləyən vətəndaşın qazancından tutulan sığorta vəsaitinin yarısı fərdi hesabına köçürüldü. Baxmayaraq ki, qanunla işçinin əmək haqqından tutulan vəsaitin bütövlüklə fərdi uçota köçürülməsi nəzərdə tutulmuşdu”.

İqtisadçı bunun Avropadan əxz edilmiş ən gözəl pensiya nümunəsi olduğunu qeyd edib:

“Bu siyasətin üstünlükləri çox idi. Məsələn, o zamankı layihələrə əsasən pensiya kapitalının bütövlükdə vətəndaşa qaytarılması təmin edilirdi. Əgər vətəndaş pensiya yaşına çatmadan vəfat edirdisə, yığılan pensiya kapitalı bütövlüklə ailə üzvlərinə qaytarılırdı.

Hətta vətəndaşlıqdan çıxan vətəndaşa da pensiya kapitalı birdəfəlik ödənilirdi. Çox təəssüf ki, Səlim Müslümov başladığı “islahatı” 2017-ci ildə dayandırdı. Yenə də sistemə keçid edildi. İndiki pensiya siyasəti isə nə işəgötürən üçün, nədəki işçi üçün maraqlıdır. Çünki orta pensiya bu gün 300 manat, minimum pensiya isə 240 manatdır. Ona görə də həm işəgötürən, həm də işçi DSMF ilə əməkdaşlıqda maraqlı deyil”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO