Xaricdə tibb təhsili alanlar imtahan verəcəklər

Xaricdə tibb təhsili alanlar imtahan verəcəklər

Hazırda oxunan: Xaricdə tibb təhsili alanlar imtahan verəcəklər

103688

MDB ölkələri və Ukraynada tibb təhsili almış şəxslərin diplomunun tanınması üçün imtahan keçiriləcək. 

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, bu barədə Səhiyyə Nazirliyinin Kadr Məsələləri üzrə Komissiyası qərar qəbul edib. 

Qərar 2011-ci ildən tibb təhsilində rezidentura səviyyəsi tətbiq edildikdən sonra xarici ölkələrdə diplomdan sonra tibb ixtisasları üzrə təhsil almış şəxslərə aiddir. 

İmtahanda iştirak etmək istəyən şəxslər Səhiyyə Nazirliyinin rəsmi internet saytının (www.health.gov.az) “Elektron Səhiyyə xidmətləri” bölməsində “Xarici ölkələrdə ali və orta ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçən tibb və əczaçılıq işçilərinin işə buraxılması üçün müraciətin və sənədlərin qəbulu” xidməti vasitəsilə noyabrın 11-dən başlayaraq sənədlərini təqdim etməli və “Namizədin elektron ərizəsi”ni dolduraraq təsdiq etməlidirlər. Sənəd qəbulu dekabrın 1-dək davam edəcək. 

İxtisaslar üzrə sual topluları Səhiyyə Nazirliyinin rəsmi internet saytında yerləşdirilib: 

Anesteziologiya-reanimatologiya 

Daxili xəstəliklər 

Dermatovenerologiya 

Kardiologiya 

Qastroenterologiya 

Mamalıq-ginekologiya 

Nevrologiya 

Neyrocərrahiyyə 

Oftalmologiya 

Onkologiya 

Ortodontiya 

Otorinolarinqologiya 

Pediatriya 

Plastik cərrahiyyə 

Travmatologiya-ortopediya 

Urologiya 

Ümumi cərrahiyyə 

Ürək damar cərrahiyyəsi 

Şua diaqnostikası 

Psixiatriya 

Neonatologiya Endokrinologiya 

İmtahanın nəticəsi barədə məlumatı imtahan keçirildiyi gündə elektron səhiyyə portalında “Şəxsi kabinet” vasitəsi ilə əldə etmək mümkün olacaq.

İmtahanın nəticələrindən narazı qalan iştirakçıların müraciətlərinə onların iştirakı ilə Komissiya tərəfindən baxılacaq. 

İmtahanda uğur qazanmış şəxslər göndəriş verilməklə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda 6 aylıq kurslara cəlb ediləcəklər. Kursu bitirən şəxslərə Komissiyanın qərarı əsasında Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə təqdim olunacaq və Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilən dövlət tibb müəssisələrinə müqavilə əsasında 1 (bir) il müddətinə iş yerinə göndəriş veriləcək. 

Ərizə qəbulu bitdikdən sonra ixtisaslar üzrə imtahan tarixləri barədə əlavə məlumat Səhiyyə Nazirliyinin rəsmi internet saytında veriləcək. 
Qeyd edək ki, bu tədbirlər müvəqqəti xarakterli olub, qüvvəsi xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin rezidenturaya qəbulu ilə bağlı aidiyyəti normativ hüquqi aktlara dəyişikliklər barədə Səhiyyə Nazirliyi tərəfindən hazırlanmış layihə təkliflərinin qüvvəyə minməsinə qədərdir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO