Balakənli tarixçi alimdən maraqlı tapıntı – FOTO

Balakənli tarixçi alimdən maraqlı tapıntı – FOTO

Hazırda oxunan: Balakənli tarixçi alimdən maraqlı tapıntı – FOTO

103584

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Akif Məmmədli Şimal-Qərb bölgəsinin tarix-etnoqrafiyasının araşdıran nadir alimlərdən biridir. Tarixçi alim bu günlərdə Balakən şəhərinin mərkəzi küçələrindən birində yerləşən məcsidin divarında yeni daş kitabə aşkarlayıb.

Bizim.Media-nın yerli bürosu tarixçi alimə istinadla bildirir ki, bu kitabə Balakənin mərkəzinə yaxın, Akif Məmmədlinin evini cəmi 50 metrliyindəki Pıçaxların-əslində Qıpçaxların məscidinin cənub divarındadır.

Kitabədə yazılır: “La İlahə İllallah, Məhəmməd Rəsulullah.Ya sakinad dar lə tənsə ər rəhil, Qadən fəkulli sakinəd dar saufa yartəhil”.

Mənası: ”Allah təkdir və Məhəmməd Onun elçisidir. Dünya bir saatlıqdır, Ona (Allaha) itaət et. Ey Dünya əhli, unutma ki, köçmək var. Hər bir dünya əhli köçəcəkdir”.

“Bu daş üzərində yazıda Qıpçax türkləri hansı əlifbadan istifadə edib?” sualına alim "Bu söz ərəb əlifbası ilə yazılıb. Sovet dönəmində türklüyə aid hər şey yox edildiyi kimi “qıpçax” sözü də qadağan edilmişdi. Məqsədli şəkildə “pıçax” şəklinə salınıb” cavabını verib.

Tarixçi alim deyir ki, belə maraqlı hadisələrə, tarixi kitabələrə bölgənin əksər tarixi məkan və məscidlərində rast gəlmək olur.  İnsanlar belə məqamlarla qarşılaşarkən müvafiq qurumlara xəbər versələr, mütəxəssislər onları daha dərindən öyrənər və yaddaşlara həkk olunar. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO