Azərbaycanda 24 il axtarışda olan şəxs saxlanıldı - FOTO

Azərbaycanda 24 il axtarışda olan şəxs saxlanıldı - FOTO

Hazırda oxunan: Azərbaycanda 24 il axtarışda olan şəxs saxlanıldı - FOTO

103564

Ötən illərdən bağlı qalmış cinayətlərin açılması və axtarışda olan şəxslərin saxlanılaraq məsuliyyətə cəlb olunması Daxili işlər orqanları tərəfindən diqqətdə saxlanılır.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, 12.01.1998-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə axtarış elan edilmiş Rizvan Həsənov Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi ərazisində saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Əməliyyat Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilib.

Qeyd edək ki, həmin şəxs axtarışdan yayınmaq üçün bu illər ərzində vaxtaşırı olaraq yaşadığı ünvanları dəyişib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO