Siyəzən qəzasının TƏFƏRRÜATLARI - YENİLƏNİB 

Siyəzən qəzasının TƏFƏRRÜATLARI - YENİLƏNİB 

Hazırda oxunan: Siyəzən qəzasının TƏFƏRRÜATLARI - YENİLƏNİB 

103495

Siyəzəndə baş verən dəhşətli qəzanın bəzi təfərrüatları məlum olub.

Bizim.Media-nın yerli bürosunun əldə etdiyi məlumata görə, qəzaya səbəb qaranlıq yolda avtomobilin qarşısına qəfil çıxan mal-qara olub. 

Belə ki, “Opel Rasira” markalı avtomobil Eynibulaq kəndinə gedərkən qabağına inək çıxıb.

İnəyi vurandan sonra “Opel” kənddən çıxan "Mersedes" markalı avtomobilin qarşısına yuvarlanıb və qəza baş verib. Heyvan yerindəcə tələf olub.  

Qəzanın tam başvermə səbəbi təyin ediləcək avtotexniki ekspertizanın rəyindən sonra aydın olacaq. 

19.48

Siyəzənin Eynibulaq kəndi ərazisində baş verən ağır qəzada ölən şəxsin kimliyi məlum olub. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, bu,  “Opel Rasira” markalı avtomaşının sürücüsü, Eynibulaq kənd sakini, 61 yaşlı Əhəd Balamirzə oğlu Abbasovdur. 

Xəstəxanaya çatdırılan yaralılara hazırda Siyəzən Müalicə Dioqnostika Mərkəzində yardım edilir. 

Yaralılardan 2-sinin azyaşlı olduğu bildirilib. 

Siyəzən polis şöbəsində araşdırma başlanılıb, qəzanın səbəbləri araşdırılır. 

19.27

Siyəzən rayonunun Eynibulaq kənd yolunda ağır qəza baş verib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, “Opel” markalı avtomobillə “Mersedes" markalı avtomaşın toqquşub. 

Qəza nəticəsində 1 nəfər ölüb, 5 nəfər isə xəsarət alıb. 

Yaralılar Siyəzən Müalicə Dioqnostika Mərkəzinə çatdırılıb. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO