“İrəli” İctimai Birliyi Zəfər Günü ilə bağlı silsilə tədbirlər keçirib - FOTO

“İrəli” İctimai Birliyi Zəfər Günü ilə bağlı silsilə tədbirlər keçirib - FOTO

Hazırda oxunan: “İrəli” İctimai Birliyi Zəfər Günü ilə bağlı silsilə tədbirlər keçirib - FOTO

103380

8 Noyabr – Zəfər Günü “İrəli” İctimai Birliyi tərəfindən silsilə tədbirlərlə qeyd olunub. 

Birliyin Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə,  təşkilatın nümayəndə və üzvlərinin iştirakı ilə II Fəxri xiyabanda Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəmanlarımızın əziz xatirəsi dərin ehtiramla yad edilib. 

Tədbirlər planı çərçivəsində “İrəli” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə “N” saylı hərbi hissədə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. 

Tədbirə başlamazdan öncə “İrəli” gəncləri hərbi hissədə əsgərlər üçün yaradılmış şərait və hərbi texnikalarla tanış olublar. 

Rəsmi hissə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, habelə şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 

Tədbirdə çıxış edən “N” saylı hərbi hissənin İdeoloji iş və mənəvi-psixoloji təminat şöbəsinin rəis müavini, mayor Nəcəf Xurşudov bildirib ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın hərb tarixinə öz adını qızıl hərflərlə yazdı.  

“İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı çıxışı zamanı ikinci Qarabağ müharibəsində qazanılan şanlı qələbəyə görə dövlətimizin başçısına öz təşəkkürünü bildirib.

Təşkilat rəhbəri diqqətə çatdırıb ki, 44 günlük müharibədə şəhidlik zirvəsində ucalmış qəhrəmanlarımızın xatirəsinin əbədiləşdirilməsi məqsədilə həyata keçirilən “Müzəffər Əsgərimiz” layihəsinin buraxılışları indiyədək 45 rayon və şəhərdə 5000-ə yaxın gəncin iştirakı ilə nümayiş etdirilib. 

Hərbi qulluqçulara Zəfər Günü münasibətilə təbriklərini çatdıran Şahin Rəhmanlı qeyd edib ki, “İrəli” İctimai Birliyi tərəfindən ordumuzun şəxsi heyətinin ruh yüksəkliyinin artırılması, həmçinin dövlətimizin bu istiqamətdə həyata keçirdiyi fəaliyyətlərə töhfələr verməyə bundan sonra da davam edəcək. 

Rəsmi hissənin sonunda “İrəli” İctimai Birliyi tərəfindən öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Silahlı Qüvvələrinin bir qrup əsgərə təltifnamələr təqdim olunub. 

Tədbir bir sıra müğənnilərin iştirakı ilə konsert proqramı və əsgərlərlə birgə naharla davam edib. 

Zəfər Gününə həsr olunmuş tədbirlər planına uyğun olaraq “İrəli” İctimai Birliyinin İntellektual mərkəzinin təşkilatçılığı ilə “Zəfər Tarixi” adlı intellektual turnir keçirilib. “Nə? Harada? Nə zaman?” formatında, ümumilikdə 100-dək gəncin iştirakı ilə baş tutan intellektual turnirdə 8 komanda birincilik uğrunda mübarizə aparıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO