DTX rəisi Əli Nağıyevin 64 yaşı tamam olur

DTX rəisi Əli Nağıyevin 64 yaşı tamam olur

Hazırda oxunan: DTX rəisi Əli Nağıyevin 64 yaşı tamam olur

103293

Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevin 64 yaşı tamam olur.

Bizim.Media xəbər verir ki, Ə.Nağıyev 1958-ci il noyabrın 8-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub.

O, 1981-ci ildə Azərbaycan Pedaqoji İnstitutunda ali təhsil alıb.

Ə.Nağıyev əmək fəaliyyətinə 1975-ci ildə başlayıb. 1986-cı ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Ali kurslarını bitirdikdən sonra o, Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin və Milli Təhlükəsizlik Nazirliyinin əməliyyat strukturlarında məsul vəzifələrdə xidmət edib.

2005-ci ildə o, Milli Təhlükəsizlik nazirinin müavini təyin olunub. 1 il sonra Ə.Nağıyevə general-mayor rütbəsi verilib. 2011–2019-cu illərdə o, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsində işləyib.
2019-cu ildə Ə.Nağıyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilib. 2019-cu ildə ona general-leytenant, 2020-ci ildə isə general-polkovnik rütbələri verilib.

Ə.Nağıyev Təhlükəsizlik orqanlarında xidmət etdiyi müddət ərzində çoxsaylı dövlət təltiflərinə və digər mükafatlara layiq görülüb.

Dövlətimizin keşiyində dayanan DTX rəisi Ə.Nağıyevi doğum günü münasibəti ilə təbrik edir, fəaliyyətində uğurlar diləyirik.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO