Balakəndə üzərində silah gəzdirən keçmiş məhkum saxlanıldı – FOTO  

Balakəndə üzərində silah gəzdirən keçmiş məhkum saxlanıldı – FOTO  

Hazırda oxunan: Balakəndə üzərində silah gəzdirən keçmiş məhkum saxlanıldı – FOTO  

103163

Balakən Rayon Polis Şöbəsinin Qabaqçöl Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı üzərində qanunsuz odlu silah-sursat gəzdirən keçmiş məhkum tutularaq istintaqa təhvil verilib. 

Bu barədə Bizim.Media-nın yerli bürosuna DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Qeyd olunur ki, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Meşəşambul kənd sakini Ramazan Əhmədilov tutulub.

Şəxsin üzərinə baxış zamanı ondan tapança, həmin silaha aid sandıqça və patron aşkar edilərək götürülüb.  

Saxlanılan şəxs ifadəsində həmin tapançanı bir il yarım əvvəl tapdığını və daha sonra yaşadığı evin həyətində torpağa basdıraraq gizlətdiyini etiraf edib. Ramazan Əhmədilov odlu silahı gizlətdiyi yerdən çıxarıb üzərində daşıyarkən polis əməkdaşları tərəfindən saxlanılıb. 

Faktla bağlı cinayət işi başlanılıb, təqsirləndirilən şəxsin ətrafında istintaq-əməliyyat tədbirləri davam etdirilir. 

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO