Ağdamda “Zəfər sədası” musiqi festivalı keçirildi - FOTO

Ağdamda “Zəfər sədası” musiqi festivalı keçirildi - FOTO

Hazırda oxunan: Ağdamda “Zəfər sədası” musiqi festivalı keçirildi - FOTO

103124

“Zəfər sədası” musiqi festivalının növbəti ünvanı Ağdam olub. Tədbir rayon icra hakimiyyətinin dəstəyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Ağdam Muğam mərkəzində baş tutub. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri orkestrinin “Zəfər sədası” adlı musiqi festivalında rayon ictimayyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər və mədəniyyət xadimləri iştirak edib.

Konsert proqramından öncə Dövlət Himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş vətən övladlarının və Ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Onların ruhuna ehtiram ifadə olunub.

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov öz çıxışında qonaqları salamlayıb, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərdən geniş söhbət açıb.
Proqramda Azərbaycan Dövlət Xalq Çalğı Alətləri orkestrinin solistləri Əməkdar artistlər  Anar Şuşalı, Almaz Orucova, Nərgiz Kərimova, Televiziya Muğam Müsabiqəsinin qalibi Səbinə Allahverdiyeva, II Televiziya Muğam Müsabiqəsinin iştirakçısı Rəvanə Qurbanova, VIII Televiziya Muğam Müsabiqəsinin iştirakçısı Məftun Səfərli, Beynəlxalq və Respublika müsabiqələrinin qalibi Vaqif Təhməzov, Süleyman Süleymanov, Taleh Yahyayev və Səbinə Allahverdiyevanın ifasında bayram ab-havalı bəstəkar və xalq mahnılarından ibarət rəngarəng musiqi nömrələri izləyicilərə təqdim olunub.

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO