Xəstənin xəstəxana və həkim seçmək hüququ niyə tanınmır? - AÇIQLAMA

Xəstənin xəstəxana və həkim seçmək hüququ niyə tanınmır? - AÇIQLAMA

Hazırda oxunan: Xəstənin xəstəxana və həkim seçmək hüququ niyə tanınmır? - AÇIQLAMA

102810

“Bəzi xəstəliklər İcbari Tibbi Sığorta paketinə daxil edilməyib”.

Bunu Bizim.Media-ya açıqlamasında tanınmış həkim Aydın Əliyev söyləyib.

O, əlavə etdi ki, məsələn, çanağ oynağı protezi, onkoloji xidmətlər, orqan köçürməsi və sair sığorta paketində yoxdur:

“Halbuki, onkoloji xəstəliklər ölkəmizdə kifayət qədər geniş yayılıb və onun müalicəsi böyük vəsait tələb edir. Bu xəstəliyin dərmanları da xeyli bahadır. Halbuki, ölkə əhalisinin tam əksəriyyəti İcbari Tibbi Sığortaya cəlb olunub. Beləki, işləyən insanlar iş yerində sığortalanır.

Uşaqlar, pensionerlər və işsiz və digər kateqoriyadan olan insanlarsa dövlət tərəfindən sığortalanır. Bəs, elə isə niyə bütün əhali Tibbi Sığortadan yararlanmır?”

Aydın Əliyev ən böyük problemi maarifçilik işinin zəif təşkil edilməsində görür:

“Dəfələrlə olub ki, pasiyentə demişəm ki, “get Tibbi Sığortaya müraciət elə, xərcini qarşılasınlar”. Xəstə mənə qayıdıb ki, “mənim sığortam yoxdur”. Qanunla ölkə əhalisinin hamısı sığorta olunub. Lakin, əhalinin müəyyən hissəsi bundan xəbərsizdir. Bu da tibb sahəsindəki bəzi məmurlara sərf eləyir. Çünki, ilin sonunda sığortanın xərclənməyən hissəsi TƏBİB-in hesabında qalır”.

Həkim bu sahədə kifayət qədər çox problemin olduğunu bildirdi:

“Süni əngəllər yaradılır. Xəstənin istəkləri qətiyyən nəzərə alınmır. Poliklinika xəstəni oz istədiyi xəstəxanaya yönləndirir. Bu isə qanun pozuntusudur. Çünki, müştəri hər zaman haqlıdır. Pasiyentin seçiminə hörmət edilməlidir. Halbuki, bu “Sağlamlıq haqqında” qanunda da təsbit olunub. Azərbaycan Respublikasının vətəndaşının ölkə ərazisinin istənilən yerində və istədiyi həkimdən müalicə almaq hüququ var. Bu hüquq tanınmalıdır. Əslində bu həkimləri də stimullaşdırır. Rəqabət mühiti yaradır. Yaxşı həkim daha yaxşı dolanır. Pasiyent də çox əziyyət çəkmir, tez sağlamlığına qovuşur”.

Aydın Əliyev sonda səhiyyə sistemindəki ikihakimiyyətliliyin bu sahədə xidmətin keyfiyyətinə zərbə vurduğunu da söylədi:

“İnsanlar çox zaman hansı quruma müraciət etmək lazım olduğunu bilmir. Xəstə TƏBİB-ə müraciət edir. Amma TƏBİB deyir ki, bu xidmət tibbi sığorta paketinə daxil deyil. Xəstə bu dəfə Səhiyyə Nazirliyinə müraciət etmək məcburiyyətində qalıb. Halbuki, pasiyent əhalinin həssas olan hissəsidir. Belə problemlər də həssas pasiyentin səhhətini daha da ağırlaşdırır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO