Xəbər verdiyimiz kimi, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti respublikamızın cənub rayonlarında yerləşən Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrin döyüş hazırlığını yoxlayıb.
Bizim.Media xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin general-leytenantı Bəxtiyar Ersay da Azərbaycanın cənub sərhədlərinə gedib.
O, Zakir Həsənovla birgə xüsusi təyinatlıların təlimini izləyib.
MÖVZU İLƏ BAĞLI:
Zakir Həsənov İranla sərhəddəki təlimləri izlədi - FOTO/VİDEO
Qeyd edək ki, plana əsasən xüsusi təyinatlılar real döyüş şəraitində həqiqi döyüş sursatlarından istifadə olunmaqla açılan atəş altında irəliləyərək müdafiə olunan şərti düşmənə yaxınlaşıb, onun canlı qüvvəsini və atəş vasitələrini zərərsizləşdirərək dərinliyə doğru irəliləyiblər.
Təlimin gedişatını müsbət qiymətləndirən general-polkovnik Z.Həsənov xüsusi təyinatlılarla görüşüb, onların qayğıları ilə maraqlanıb və şəxsi heyət qarşısında çıxış edib.
Bizim.Media