Polis dilənçiləri necə cəzalandırır?  - Rəsmi

Polis dilənçiləri necə cəzalandırır? - Rəsmi

Hazırda oxunan: Polis dilənçiləri necə cəzalandırır? - Rəsmi

102645
Yetkinlik yaşına çatmayan uşaqların valideynləri və digər şəxslər tərəfindən dilənməyə və digər bu kimi xoşagəlməz hüquqazidd əməllərə məcbur edilməsinin qarşısının alınması məqsədilə istər paytaxtda, istərsə də belə neqativ halların müşahidə edildiyi respublikanın bir neçə bölgəsində ərazi polis orqanları tərəfindən aidiyyatı yerli icra qurumları ilə birlikdə mütəmadi olaraq kompleks profillaktik və praktik tədbirlər həyata keçirilir.   

Bu sözləri Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə polisin Bakıda mütəmadi olaraq dilənçilərə qarşı keçirdiyi əməliyyatlar haqda Axar.az-ın sorğusunu cavablandırarkən deyib.  

 O qeyd edib ki, adətən paytaxtın müxtəlif mərkəzi küçə və prospektlərində, insanların toplaşdığı yerlərdə müşahidə edilən həmin neqativ halları şəhərimizə məhz bu məqsədlə gələn, əsasən qaraçı milliyyətinə aid şəxslər və onların himayəsində olan azyaşlılar törədirlər:   “Reydlər də daxil olmaqla görülən işlərdə əsas məqsəd dilənçiliyə məcbur edilən uşaqların təhsilə, valideynlərinin və digər şəxslərin əməyə cəlb edilməsi, paytaxtımızın və bölgələrimizin müasir görünüşünə, gözəlliyinə xələl gətirən, ictimaiyyətdə, çoxsaylı qonaqlarda mənfi təəssürat yaradan belə neqativ halların yolverilməzliyin, vətəndaşlar tərəfindən qınanmasını nəzərlərinə bir daha çatdırmaqdır”x9d.   Şöbə rəisinin sözlərinə görə, avara və dilənçiliyi özlərinə həyat tərzi seçmiş vətəndaşlar sözügedən reydlər zamanı polis əməkdaşları tərəfindən saxlanılacaqlarını qabaqcadan bildiklərinə görə üzərlərində şəxsiyyəti təsdiqləyəcək hər hansı sənəd daşımır, ad və soyadlarını təhrif olunmuş formada çatdırır. 

  Bir sözlə, məsuliyyətdən yayınmaq üçün hər cür hiyləyə əl atırlar. Buna baxmayaraq, kimlikləri müəyyənləşdirilənlər barədə inzibati qaydada konkret tədbir görülür, şəxsiyyət vəqiqəsi olmayan şəxslər isə yaşadıqları rayonlara qaytarılır, onların əməyə cəlb olunmaları, sosial şəraitlərinin yaxşılaşdırılması üçün yerli icra qurumlarına təqdimatlar göndərilir.   Paytaxtda dilənən, konkret rayon qeydiyyatında olan bu şəxslərin əksəriyyəti dövlətdən sosial müavinət almasına, barələrində digər tədbirlər görülməsinə rəğmən, bir müddət sonra yenidən Bakıya qayıdaraq eyni əməllərlə məşğul olmağa başlayırlar.   Bəzən DİN-in rəsmi internet saytında keçirilən reydlərlə bağlı məlumatlar yerləşdirilərkən, saxlanılan şəxslərin sayının çox görünə bilməsi ehtimalı da avara və dilənçiliklə demək olar ki, eyni kontingentin məşğul olmasının göstəricisidir.  

Praktikadan çıxış edərək respublikamızda  bu işlə məşğul olan şəxslərin bir neçə yüz civarında olduğunu söyləmək olar.   Ümumiyyətlə, mövcud qanunvericiliyə görə, avaralıqla məşğul olan dedikdə- müəyyən yaşayış yeri və yaşamağa vəsaiti olmayan, hər hansı ictimai faydalı işlə və ya peşə fəaliyyəti ilə məşğul olmayan (işsiz statusu almış şəxslər istisna olmaqla), mütəmadi olaraq xırda oğurluq və ya dilənçilik yolu ilə dolanan şəxslər başa düşülür.   İnzibati Xətalar Məcəlləsinin 307-1.1-ci maddəsinin tələblərinə görə,  avaralıqla məşğul olduqlarına görə polis tərəfindən saxlanılan vətəndaşlar xəbərdarlıq edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda 10 günədək müddətə inzibati həbs tətbiq edilir. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO