“50 yaşdan yuxarı şəxslərin mərhələli şəkildə vaksinasiya olunması nəzərdə tutulur. Bu, könüllü olacaq. Müəllimlərimizdən xahiş edirəm ki, məsələyə elmi yanaşaq. Müəllimlərimizi vaksin əleyhinə olan insanlar kimi deyil, buna xilasedici alət kimi təşviq edənlər kimi görürəm”.
Bizim.Media xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Facebook”da sualları cavablandırarkən deyib.
MÖVZU İLƏ BAĞLI:
Bu məktəblərdə həftədə 3 dəfə dərs olacaq
Nazir tezliklə koronavirus eleyhinə peyvənd olacağını da bildirib.
“Mən özüm şəxsən vaksinasiya olunmağımın tərəfdarıyam və tezliklə etdirmək istəyirəm. Müəllimlərin vaksinasiyada aktiv iştirakı olduqca vacibdir”.
Bizim.Media