“Ali təhsil müəssisələrinin əyani təhsilə keçirilməsi şəxsi istəyə bağlı deyil”.
Bu barədə Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsində sualları cavablandırarkən deyib.
MÖVZU İLƏ BAĞLI:
''Müharibə təhsilimizə təsirsiz ötüşmədi'' - Nazir
Nazir “Pandemiya dövründə təhsil” mövzusunda keçirdiyi videokonfransda bildirib ki, bu pandemiya dinamikasından asılıdır.
O, bildirib ki, ali təhsil ocaqların və bağçaların açılması yoluxma sayından asılıdır.
“Hazırda bu məsələ müzakirə olunur. Bu proses bir qədər zaman apara bilər, lakin inanırıq ki, yaxın zamanda həll olunacaq”,- deyə o bildirib.
Bizim.Media