Balakəndə aramey əlifbası ilə daş kitabə aşkarlanıb - FOTO 

Balakəndə aramey əlifbası ilə daş kitabə aşkarlanıb - FOTO 

Hazırda oxunan: Balakəndə aramey əlifbası ilə daş kitabə aşkarlanıb - FOTO 

102472

AMEA-nın Şəki regional elmi mərkəzin əməkdaşları Şimal-Qərb bölgəsinin kənd və qəsəbələrində elmi araşdırma apararkən maraqlı və nadir tapıntı ilə qarşılaşıb. 

Bizim.Media xəbər verir ki, bu qədim Aramey əlifbası ilə yazılmış daş kitabədir.

Sakinlərin köməyi ilə aşkar edilən daş kitabə Şəki regional elmi mərkəzin əməkdaşı Akif Məmmədlinin evindəki muzeyə təhvil verilib.

Hazırda tarixçilər müvafiq qurumlarla birgə daş kitabə üzərində araşdırma aparır. İlkin ehtimallara görə daş kitabənin eramızdan əvvələ aid olduğu güman edilir.  

Regional elmi mərkzin əməkdaşları vaxtaşırı olaraq bölgənin tarixi məkanlarında elmi araşdırmalar aparır, tarixi binalara, məscid və qalalara baxış keçirir, diqqəti cəlb edən tarixi əşyalar araşdırılmaq məqsədi ilə nəzarətə götürülür.

Belə səfərlərdən birində kənd sakinlərindən biri tarix üzrə fəlsəfə doktoru Akif Məmmədliyə daş kitabə haqda məlumat verib:

"Son dövrdə tapdığımız bu eksponat daha tarixi və daha maraqlı, tarixi cəhətdən bizim üçün daha maraqlı tapıntı oldu. Regional elmi mərkəz Azərbaycanın Şimal-Qərb bölgəsində son illər plana uyğun etnoqrafik araşdırmalar apardığı bir dövrdə  təsadüfən bir sakinin təsərrüfat işləri görərkən öz həyatyanı sahəsində bir daş tapıb və illər boyu o daşı həyətində  saxlayıb.  Biz daşa baxdıqdan sonra daha qədim yazılara uyğun olduğunu gördük. Odur ki, sakindən xahiş elədik ki, əgər etiraz etmirsə, həm biz onu öz himayəmizə alaq, həm də elmi tədqiqata cəlb edək. Və beləcə həmin daş kitabə rəsmiləşdirilərək Akif müəlimin evində minlərlə eksponatın qorunduğu muzeyə gətirilib". 

Böyük Qafqaz səddinin keçdiyi bu regionda belə faktların tapılmasının gözlənilən olduğunu deyən tarixçi əvvəllər də bölgədə bəzi qədim yazı növlərinin tapıldığını bildirir. Akif Məmmədlin bu kitabənin digərlərindən fərqli olaraq daha dərin, daha qədim tarixi araşdırmağa imkan verəcəyini deyir.

Belə ki, Regional elmi mərkəz olaraq bu daş kitabənin araşdırılması ilə məşğul olan bir qrup mütəxəssis həm də fikirlərini bölüşür:

"Tədqiqat işi başa çatmadığına görə orda nəyin yazıldığını, dövrü barədə qəti fikir söyləyə bilmirik. Lakin ilkin araşdırmalara görə daş kitabədəki yazının mənasının dövrünün inanclarına uyğun ola biləcəyi ehtimal edilir. Lakin qəti fikiri mütəxəssislərin araşdırmaları yekunlaşdıqdan sonra söyləmək mümkün olacaq. Çox yaxında bu araşdırmalar başa çatdırılacaq. Bu, Şəki Regional elmi mərkəzin bir eksponatı, tapıntısı olaraq yaxın günlərdə qeydiyyata alınacaq". 
Bu günlərdə 60 yaşını qeyd edən tarix üzrə fəlsəfə doktoru Akif Məmmdəli 30 ilə yaxındır Şimal-Qərb bölgəsinin tarix və etnoqrafiyasını araşdırır və əldə etdiyi nadir eksponatları həyətində təşkil etdiyi muzeydə saxlayır. Muzeydə ümumilikdə  3 mindən çox eksponat nümayiş etdirilir.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu







Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO