Xırdalanda İran vətəndaşından azyaşlı qıza qarşı ƏXLAQSIZLIQ - TƏFƏRRÜAT

Xırdalanda İran vətəndaşından azyaşlı qıza qarşı ƏXLAQSIZLIQ - TƏFƏRRÜAT

Hazırda oxunan: Xırdalanda İran vətəndaşından azyaşlı qıza qarşı ƏXLAQSIZLIQ - TƏFƏRRÜAT

102420

Abşeron rayonunda İran vətəndaşı, 1968-ci il təvəllüdlü Bahman Gholmreza Yousef yetkinlik yaşına çatmayan Bahara (ad şərtidir – red.) əxlaqsız hərəkətlər edib. 

Bizim.Media-nın əldə etdiyi məlumata görə, hadisə Xırdalan şəhərində baş verib. Bahman şəhərin “Köhnə Bazar" adlanan ərazidə sərnişin kimi mindiyi 535 saylı xətt avtobusunda olan zaman 2009-cu il təvəllüdlü Baharı görüb. 

O, azyaşlı qızı avtobusda ayaq üstə olan vəziyyətdə özünə tərəf sıxaraq qucaqlayıb. Sonra bir neçə duracaqdan sonra Baharın Abşeron rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında avtobusdan düşdüyünü görüb. 

Bahman öz əxlaqsız hərəkətlərini davam etdirmək niyyətinə düşüb və özü də avtobusdan düşüb. O, azyaşlı qızı M.Ə.Rəsulzadə küçəsi 10 saylı binanın qarşısında qoyulmuş taxtadan olan oturacaqda əyləşdirib. 

Daha sonra azyaşlı qıza qarşı əxlaqsız hərəkətlər edib. Bundan sonra azyaşlı dil və ədəbiyyat üzrə hazırlıq məşğələsinə gedib. Bahman isə onu təxminən 1 saat 30 dəqiqə gözləyib. 

Bahman hazırlıq məşğələsindən çıxan qızı evlərinə kimi aparıb. Evdə olan zaman isə qız Bahmanın hərəkətləri barədə anasına deyib. Bundan sonra azyaşlının anası hüquq-mühafizə orqanlarına müraciət edib. 
İstintaq orqanı tərəfindən Bahmanın barəsində Cinayət Məcəlləsinin 153.2-ci (on dörd yaşına çatmayan şəxs barəsində əxlaqsız hərəkətlər etmək) maddəsi ilə ittiham elan edilib. Abşeron rayon Məhkəməsinin hökmü ilə Bahman 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO