Daşkəsəndə Aşıqlar Birliyinin bölməsi yaradıldı – FOTO  

Daşkəsəndə Aşıqlar Birliyinin bölməsi yaradıldı – FOTO  

Hazırda oxunan: Daşkəsəndə Aşıqlar Birliyinin bölməsi yaradıldı – FOTO  

102331

Noyabrın 1-də Daşkəsən rayon Mədəniyyət Mərkəzində Azərbaycan Aşıqlar Birliyinin Daşkəsən bölməsi yadılıb və Aşıq Hüseyn Qoşqarlının xatirəsinə həsr olunmuş konsert təqdim edilib.  

Bu barədə Bizim.Media-ya Daşkəsən RİHBA-nın İctimai-siyasi və 
humanitar məsələlər şöbəsinin müdir müavini Elmar Əliyev məlumat verib. 

Məlumata görə, tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı və rayon ictimaiyyətinin nümayəndləri iştirak ediblər. 

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev giriş nitqi ilə çıxış edərək bildirib ki, Azərbaycan Aşıqlar Birliyinin yeni yaradılmış Daşkəsən bölməsini rayon ictimaiyyətinə təqdim etməklə yanaşı, unudulmaz el sənətkarı Aşıq Hüseyn Qoşqarlının xatirəsinə həsr olunmuş Daşkəsən aşıqlarının konsertinə də baxış keçiriləcək. 
O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasəti və xalqımızın mədəniyyətinə göstərdiyi yüksək qayğısının sayəsinə Azərbaycan mədəniyyəti qorunur, daha da inkişaf etdirilir və beynəlxalq səviyyədə geniş təbliğ olunur. 

Ə. Abıyev həmçinin Heydər Əliyev Fondunun Prezidenti hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan aşıq sənətinin YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxilməsindən bəhs edib. 

Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı isə çıxışında Aşıqlar Birliyinin fəaliyyəti barədə geniş məlumat verib, təbriklərini çatdırıb, Birliyin adından hədiyyələrini təqdim edib və Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevə aşıqların rayon bölməsinin yaradılmasına verdiyi hər cür dəstəyə görə minnətdarlığını bildirib. Məhərrəm Qasımlı Daşkəsəndə aşıq sənətinin bundan sonra da inkişaf edəcəyini diqqətə çatdırıb.   

Aşıqlar Birliyinin Daşkəsən bölməsinin rəhbəri Saleh Tağıyev göstərdikləri köməkliyə görə Daşkəsən Rayon İcra Hakimiyyərinin başçısı Əhəd Abıyevə və Azərbaycan Aşıqlar Birliyinin rərbərliyinə təşəkkür edib. 
Sonra rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə daşkəsənli aşıqların ustad Aşıq Hüseyn Qoşqarlının xatirəsinə həsr olunmuş konserti keçirilib.  

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO