Bu bölgələrdə istiliyin verilməsinə başlanıldı

Bu bölgələrdə istiliyin verilməsinə başlanıldı

Hazırda oxunan: Bu bölgələrdə istiliyin verilməsinə başlanıldı

102305

Bu gündən respublikanın dağlıq və dağ ətəyi əraziləri hesab edilən Şuşa, Şabran, Xaçmaz, Quba, Qusar və Lerikdə istiliyin verilməsinə başlanılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə  Azəristiliktəchizat" ASC-dən bildirilib. 

Bu ərazilərdə ümumilikdə 26 qazanxana və 1 istilik məntəqəsi işə qoşulub. 

Bakı şəhəri və respublikanın regionlarında olan digər 538 qazanxana və 87 istilik məntəqəsi isə 15 noyabr tarixindən işə qoşulacaq. 

"Azəristiliktəchizat" ASC xidmət zonası hüdudlarında istilik mövsümünün başlanması və başa çatması tarixləri bu sahədə mövcud olan Tikinti Norma və Qaydaları əsas götürülməklə xarici havanın temperaturundan asılı olaraq müvafiq yerli icra hakimiyyəti orqanını məlumatlandırmaqla respublikanın dağlıq rayonlarında 1 noyabr - 1 may, digər ərazilərdə isə 15 noyabr - 15 aprel tarixinə kimi nəzərdə tutulur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO