Səbuhi Əhmədovun qardaşına şəhid ailəsi statusunun verilməsinə RƏSMİ CAVAB

Səbuhi Əhmədovun qardaşına şəhid ailəsi statusunun verilməsinə RƏSMİ CAVAB

Hazırda oxunan: Səbuhi Əhmədovun qardaşına şəhid ailəsi statusunun verilməsinə RƏSMİ CAVAB

102165

Şəhid Səbuhi Əhmədovun qardaşına şəhid ailəsi statusunun verilməsi ilə bağlı müraciətinə təkrar baxılıb.

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, bu barədə şəhidin qardaşı Sənan Əhmədov məlumat yayıb.

O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən məsələ ilə bağlı yekun cavab göndərildiyini deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Şəhid Səbuhi Əhmədovun qardaşının evdən imtina etməsi ilə bağlı RƏSMİ AÇIQLAMA 


“İdarə Heyətinin sədr müavini Pərviz Səfərovun imzaladığı sənədə əsasən, Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq olunmuş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” 2.1.4-cü yarımbəndində nəzərdə tutulan şəhidin uşaq evində böyüyən bacıları və qardaşları, həmin qaydaların 2.1.6-cı yarımbəndinə əsasən əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək şəhid ailəsi üzvü hesab edilirlər”. 

Sənan Əhmədov nə ev, nə maşın, nə də pul istədiyini vurğulayıb: “Şəhid qardaşıma görə şəhid ailəsi statusu istədim, məni şəhid ailəsi hesab etmədilər”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO