Taxıl qiymətlərində bahalaşma proqnozu – ÇÖRƏK BAHALAŞACAQ?

Taxıl qiymətlərində bahalaşma proqnozu – ÇÖRƏK BAHALAŞACAQ?

Hazırda oxunan: Taxıl qiymətlərində bahalaşma proqnozu – ÇÖRƏK BAHALAŞACAQ?

102103

“Rusiyanın taxıl sazişindən çıxmasından sonra, dünya bazarlarında taxılın qiymətinin artması gözlənilir. Çünki taxıl dəhlizindən 40 günlük müddət ərzində 105 gəmi vasitəsilə 2,5 milyon ton taxıl daşınıb. Rusiyanın bu sazişdən çıxması, təbii ki, taxılın qiymətinə təzyiqlər yaradacaq”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov səsləndirib.

Ekspertin sözlərinə görə, Rusiyanın taxıl dəhlizindən çıxmasından sonra qiymətlərin ucuzlaşması ilə bağlı fikirlər də səsləndirilir:

“Bu cür proqnozların verilməsinin əsas səbəbi, Dövlət Gömrük Komitəsinin taxıl hesabatı ilə bağlıdır. Taxıl qiymətləri iyul ayından başlayaraq enməkdədir, lakin avqustda çörəyin qiyməti artırılıb.
Eyni zamanda yanvarda da çörək qiymətlərində artım olmuşdu. Buna baxmayaraq nə yanvarda, nə də avqustda taxıl qiymətləri ən yüksək həddə deyildi. Əksinə taxılın qiyməti may ayında maksimuma çatıb. 

Yəni Azərbaycanda qiymətlərin inzibati yollarla tənizmlənməsi, heç də dünya bazarına adekvat deyil. Buna görə də, bazardakı qiymət dəyişimlərini biz bir neçə ay sonra hiss edirik. Bunun səbəbi isə taxıl idxalı uzunmüddətli müqavilələr əsasında həyata keçirilməsidir. Yəni taxılın qiymətlərinin iyuldan bəri ucuzlaşması, çörək qiymətlərinin artmayacağına əsas vermir”.

Eldəniz Əmirov qeyd edib ki, dünyada 2022-23-cü illər üçün dünyada taxıl istehsalının həcminin 775 milyon ton olacağı proqnozlaşdırılır:

“Lakin istehlakın həcmi üçün bu rəqəm 787 milyon tona bərabərdir. İstehlak istehsaldan daha çox proqnozlaşdırılır. Eyni zamanda dünyanın taxıl istehsalçıları həcmləri artırsa da (məsələn Rusiya və ABŞ), istehlakın artım tempi istehsalı üstələyir. Ona görə də ciddi ucuzlaşmanın olacağını gözləmirəm. 

Doğrudur, taxıl qiymətlərinin maydakı həddə çatacağını da düşünmürəm, amma istənilən halda Rusiyanın sazişdən çıxması qiymətlərə mənfi təsir edəcək. Digər tərəfdən FAO bir çox ərzaq məhsullarının ucuzlaşması ilə bağlı açıqlama versə də, taxılla bağlı durum fərqlidir. Avqustla müqayisədə sentyabrda taxıl qiymətləri indeksində 2,2% artıb”.

Ekspert əlavə edib ki, Azərbaycanda qiymətlərə reaksiya gec verildiyi, eləcə də idxal mümkün qədər tez həyata keçirdiyi üçün, taxıl qiymətlərindəki qısamüddətli artım ölkəmizə təsir etməyəcək:

“Ölkəmiz taxıl idxalını daha səmərəli həyata keçirib. Məsələn yanvar ayında normadan 4 dəfə artıq taxıl idxal edilib. Eyni zamanda son doqquz aydakı idxalın 47,5%-i son üç aya, qiymətlərin nisbətən ucuz olduğu dönəmə təsadüf edir. 
Azərbaycanın əsas taxıl idxal etdiyi ölkə Rusiyadır. Bu ölkənin taxıl istehsalı həcmi isə bu il tarixi rekorda çatacaq. Belə ki, 150 milyona yaxın taxıl yığımı gözlənilir ki, bunun üçdə-iki hissəsi yalnız buğdadır. Buna görə də ölkəmizdə taxıl təhdidi real görünmür. Hətta qiymətlər artsa belə, mövcud ehtiyatlar taxıl təchizatında problem yaratmayacaq”.

Eldəniz Əmirovun fikrincə, Rusiya taxıl sazişinə qayıdarsa qiymətlər ucuzlaşacaq. Lakin Kreml bundan israrlı olarsa, buğda qiymətlərində ən azı oktyabr ayının göstəricilərində artım hiss edəcəyik”.



Murad Əhmədov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO