Nazirliyin vəzifəli şəxsi barəsində cinayət işi başlandı - ÖZƏL 

Nazirliyin vəzifəli şəxsi barəsində cinayət işi başlandı - ÖZƏL 

Hazırda oxunan: Nazirliyin vəzifəli şəxsi barəsində cinayət işi başlandı - ÖZƏL 

101996

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun vəzifəli şəxsi Sadıqlı Ramil Qasım oğlu barəsində cinayət işi başlanıb. 

Bizim.Media-nın əldə etdiyi məlumata görə, Fondun Cəlilabad rayon şöbəsinin əməkdaşı R. Sadıqlıya qarşı Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddəsi ilə ittiham irəli sürülüb. 

İş baxılması üçün Cəlilabad rayon Məhkəməsinə göndərilib və hakim Qabil Paşayevin icraatına verilib. 

Məhkəmənin hazırlıq iclası noyabrın 11-nə təyin edilib. 

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO