Oğuzda partlayış - Xəsarət alan var

Oğuzda partlayış - Xəsarət alan var

Hazırda oxunan: Oğuzda partlayış - Xəsarət alan var

101916

Bu gün günün ikinci yarsında Oğuzun Sincan kəndindəki mənzillərdən birində qaz sızması nəticəsində partlayış baş verib.  Ev sahibi xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Bu barədə Bizim.Media-ya kənd sakinləri məlumat verib.

İlkin məlumata əsasən hadisə Sincan kənd sakini İmran Məmmədyarova məxsus mənzildə qeydə alınıb.

Bu zaman mənzildə olan ev sahibinin oğlu Nurlan Məmmədyarov müxtəlif dərəcəli bədən xsarətləri alıb. Yaxınlıqdakı qonşuların köməyi ilə xəsarət alan şəxs mənzildən çıxarılıb və yerində ilkin yardım göstərilib. Daha sonra Nurlan Məmmədyarov Şəki rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı müvafiq qurumlar hadisə yerində araşdırma aparır. Hadisənin hansı səbəbdən baş verməsi dəqiqləşdirilir.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO