Biləsuvarda qəzada iki nəfər ölüb, 10-dan çox şəxs yaralanıb - YENİLƏNİB

Biləsuvarda qəzada iki nəfər ölüb, 10-dan çox şəxs yaralanıb - YENİLƏNİB

Hazırda oxunan: Biləsuvarda qəzada iki nəfər ölüb, 10-dan çox şəxs yaralanıb - YENİLƏNİB

101868

Biləsuvar rayonunda “BMW” markalı minik avtomobili ilə “Mercedes” markalı mikroavtobusun toqquşması nəticəsində iki nəfər ölüb, 10-dan çox şəxs yaralanıb. Yaralı şəxslər xəstəxanaya aparılıblar. 

Bizim.Media-nın Cənub bürosu xəbər verir ki, qəza nəticəsində "BMW" markalı minik avtomobilində olan 1968-ci il təvəllüdlü Fətullayev Şahin Möhbü oğlu və 1961-ci il təvəllüdlü Mərdanov Bəymirzə Yəhya oğlu ölüb.

Elşən Feyzullayev, Bizim.Media

09.47

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Biləsuvar rayonunun Xırmandalı kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub.

FHN-dən Bizim.Media-ya verilən məlumata görə, nazirliyin ən yaxın xilasetmə qüvvələri - Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri köməyə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “BMW” markalı minik avtomobili və “Mercedes” markalı mikroavtobus toqquşub, 2 nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində zədələnmiş avtomobildən 1 nəfər sağ, digər 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO