Məktəbdə azyaşlı qıza qarşı əxlaqsızlıq edən kişi SAXLANILDI - VİDEO

Məktəbdə azyaşlı qıza qarşı əxlaqsızlıq edən kişi SAXLANILDI - VİDEO

Hazırda oxunan: Məktəbdə azyaşlı qıza qarşı əxlaqsızlıq edən kişi SAXLANILDI - VİDEO

101741

Bakıda məktəbli qız cinsi qısnamaya məruz qalıb.

Bizim.Media xəbər verir ki, bu barədə “avtosfer.az” saytına məktəblinin atası məlumat verib.

Ata bildirib ki, 11 yaşlı qızı, dərs bitdikdən sonra məktəbin dəhlizində onun gəlməsini gözləyib:

“Mən yolda olarkən həyat yoldaşım zəng edib dedi ki, qızım cinsi qısnamaya məruz qalması ilə bağlı zəng edib, tez özünü məktəbə çatdır. Mən məktəbə çatan vaxt həmin naməlum şəxsi tutdum və polisə təhvil vermək üçün onu zərərsizləşdirməyə çalışdım. Bu zaman ətrafda olan insanlar bizim dava etdiyimizi düşünərək onu əlimdən aldı.

Həmin şəxs vəziyyətdən çıxaraq qaçıb getdi. Hadisə məktəbin təhlükəsizlik kamerasına düşüb. Həmin şəxs qızımı öncə danışdırmağa başlayıb, daha sonra isə yaxasını açaraq onu cinsi qısnamaya məruz qoyub”.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev “Qafqazinfo”ya bildirib ki, cinsi qısnama faktı təsdqini tapıb: “Artıq həmin şəxs tutularaq cinayət məsuliyyətinə cəlb edilib”.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO