Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə "Uşaq və Yeniyetmələrə Dəstək” (UYD) ictimai birliyi tərəfindən “Shusha, the cultural capital of Azerbaijan, in photos” (Azərbaycanın mədəniyyət paytaxtı Şuşa fotolarda) adlı beynəlxalq fotoqrafiya layihəsinin icrasına başlanılır.
Bizim.Media xəbər verir ki, layihə rəhbəri Fərhad Abdulov bildirib ki, layihənin məqsədi Azərbaycan, Gürcüstan və Türkiyədən olan gənc fotomüxbirlər vasitəsilə Şuşanın tarixinin və mədəni irsinin yerli, türk və gürcü gəncləri arasında təbliğ edilməsidir.
Tanınmış fotomüxbir Orxan Əzimin ekspert kimi iştirak etdiyi layihə çərçivəsində Azərbaycan, Gürcüstan və Türkiyədən olan 10 nəfər gənc fotomüxbirin Şuşaya səfəri təşkil olunacaq.
Gənc fotomüxbirlər tərəfindən Şuşa şəhərində çəkilmiş fotolar hər 3 ölkənin sosial şəbəkə platformalarında geniş şəkildə paylaşılacaq. Bundan əlavə, layihə çərçivəsində Şuşanın mədəni irsini əks etdirən fotoların yerləşdirildiyi açıqcalar çap olunacaq.
Növbəti mərhələdə Bakı, Tbilisi, Marneuli, Bolnisi, İstanbul, Eskişehir və Antalya kimi şəhərlərdə fotosərgilər təşkil olunacaq.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun “Şuşa ili” ilə bağlı elan etdiyi müsabiqədənkənar qrant müsabiqəsinin qalibidir, Şuşanın tarixi və mədəni irsi, işğal dövründə ermənilər tərəfindən törədilən vandalizmi, gənclərin qayıdışa motivasiya olunması və Şuşada aparılan bərpa-quruculuq işləri ilə bağlı məlumatlılığın artırılmasının fotolar vasitəsi ilə həyata keçirilməsi ideyasını daşıyır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:36 / 28.10.2022
Şuşaya yerli və xarici fotomüxbirlər səfər edəcək
Hazırda oxunan: Şuşaya yerli və xarici fotomüxbirlər səfər edəcək
Hazırda oxunan: Şuşaya yerli və xarici fotomüxbirlər səfər edəcək
101684
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.