Xaçmaz rayon Mədəniyyət Mərkəzində 1992-ci ildə ölkədə baş verən siyasi, iqtisadi və mədəni hadisələri, eləcə də 44 günlük Vətən Müharibəsində qazanılan tarixi qələbəni özündə əks etdirən "Şahidə dönmüş şəhid" tamaşası mümayiş olunub.
Bizim.Media-nın şimal bürosunun məlumatına görə, Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzi və Xaçmaz rayon Xalq Teatrının aktyor truppası tərəfindən hazırlanan tamaşanı rayon rəsmiləri, şəhid ailələri və qazilər izləyib.
Xaçmaz Xalq Teatrının quruluş verdiyi tamaşanın müəllifi Çingiz Ələsgərlidir. Tamaşanın əsas məqsədi mənfur erməni silahlı birləşmələrinin Azərbaycanın mülki əhalisinə qarşı zamanla terror və soyqırım aktları törədərək hərbi cinayətlər törətməsini bir daha göstərmək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad edilməsi məqsədi ilə başlanan Vətən Müharibəsindəki şanlı qələbəmizi təbliğ etmək, yeniyetmə və gənclərdə vətənpərvərlik hisslərini daha da gücləndirmək, eləcə də insanların teatrlara gəlişini təmin etməkdir.
Təsirli səhnələrlə yadda qalan tamaşa izləyiciləri çox kövrəldib və alqışlarla qarşılanıb.
Tamaşaya qatılan Xaçmaz İH başçısı Elnur Rzayev ilk dəfə Xaçmaz Xalq Teatrında nümayiş olunan "Şahidə çevrilmiş şəhid"ə görə bütün yaradıcı heyətə təşəkkür edib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
16:55 / 28.10.2022
\"Şahidə çevrilmiş şəhid\" - İlk dəfə Xaçmaz səhnəsində - FOTO
Hazırda oxunan: \"Şahidə çevrilmiş şəhid\" - İlk dəfə Xaçmaz səhnəsində - FOTO
Hazırda oxunan: \"Şahidə çevrilmiş şəhid\" - İlk dəfə Xaçmaz səhnəsində - FOTO
101664
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.