Qəbələdə 10 yaşayış məntəqəsini əhatə edən yollar TƏMİR EDİLİB - FOTO/VİDEO

Qəbələdə 10 yaşayış məntəqəsini əhatə edən yollar TƏMİR EDİLİB - FOTO/VİDEO

Hazırda oxunan: Qəbələdə 10 yaşayış məntəqəsini əhatə edən yollar TƏMİR EDİLİB - FOTO/VİDEO

101543

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Qəbələ rayonunda 25 km uzunluğa malik və 4 istiqamət üzrə 13 min əhalinin yaşadığı 10 yaşayış məntəqəsini əhatə edən yerli əhəmiyyətli Bunud-Həzrə (5.3), Zarağan-Aydınqışlaq (3.2 km), Hacıalılı-Ovcullu-Mamaylı-Bayramkoxalı (10.4 km) və Şamlı-Tola (6,1 km) avtomobil yollarını yenidən qurub. 

Bizim.Media xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb. 

Məlumata görə, aparılan işlər çərçivəsində yolboyu yararsız quruntun qazılması, torpaq yatağının genişləndirilməsi, yeni dəmir-beton suötürücü boruların quraşdırılması, boru başlıqlarının dəmir-betonla tikilməsi həyata keçirilib. 
Daha sonra lazımi hündürlükdə optimal qum-qırmadaş qarışığından yol əsasının tikintisi, yola yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub. 

Sonda yol nişanı və məlumatverici lövhələr quraşdırılıb, üfüqi nişanlanma xətləri çəkilib. 

Bizim.Media
 


Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO