YAŞAT fonduna müraciət edən qazi kömək gözləyir– VİDEO/FOTO

YAŞAT fonduna müraciət edən qazi kömək gözləyir– VİDEO/FOTO

Hazırda oxunan: YAŞAT fonduna müraciət edən qazi kömək gözləyir– VİDEO/FOTO

10146

44 günlük savaşda yaralanan Mingəçevir sakini Tural Seyfullayev hələ də qayğı və diqqət gozləyir.

Bizim.Media xəbər verir ki, Vətən müharibəsində 1 ay 4 gündən sonra hər iki tərəfin omba xəsarəti və kəllə-beyin travması alan 1991-ci il təvəllüdlü Tural Seyfullayevə müvafiq qurumlar yardım etmir. 
 

MÖVZU İLƏ BAĞLI:

İntihara cəhd edən qazimiz köməksiz qalıb - FOTO/VİDEO


Qazinin ailə üzvlərinin bizə verdiyi məlumata görə, YAŞAT fondu ilə danışsalar da, fonddan qazinin aldığı yara haqda sənədlərin surəti yox, əsli tələb olunub. Əks halda qaziyə yardım göstərilməyəcəyi bildirilib. 

Qazinin anasının sözlərinə görə, sənədlərin əsli isə onlarda yoxdur, ona görə də Azərbaycanın ərazi bütövlüyü naminə 35 gün döyüşən Tural çarəsiz qalıb.

Aldığı yaralarla bağlı orijinal sənədləri almaq üçün komissarlığı gözləyən ailənin istəyi odur ki, heç olmasa sənədin surətlərinə baxıb, qaziyə qismən də olsa kömək göstərsinlər.

"İndiyə kimi ya icra nümayəndəsi, ya da başqa bir kimsə bizimlə maraqlanmayıb", - sözləri isə qazi anasının ürəkağrıdan etirafıdır.

Digər videoda qazinin özü də danışır və bildirir ki, hospitalda yatdığı günlərdə də hərə bir söz deyirdi, "baxan yoxdur".

Qazi ailəsinin saytımıza göndərdiyi foto və videoları təqdim edirik.

Anar Rəhimov, Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO