Azərbaycanda kibertəhlükəsizliklə bağlı strateji proqram hazırlanır

Azərbaycanda kibertəhlükəsizliklə bağlı strateji proqram hazırlanır

Hazırda oxunan: Azərbaycanda kibertəhlükəsizliklə bağlı strateji proqram hazırlanır

101417

Azərbaycan Mərkəzi Bankı (AMB) kibertəhlükəsizliklə bağlı strateji proqram hazırlayır.

Bizim.Media xəbər verir ki, bunu trend.az-a müsahibəsində AMB-nin baş direktoru Fərid Osmanov deyib.

Onun sözlərinə görə, bu proqram Beynəlxalq Maliyyə Korporasiyası ilə birgə hazırlanır.

"Proqramın hazırlanmasında beynəlxalq təcrübə əsas götürülüb. Söhbət təkcə infrastrukturun texniki cəhətdən gücləndirilməsindən getmir, həm də biliklərin artırılmasına yönəlmiş maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Həmçinin daha aydın proqram formalaşdırmaq üçün qurum müvafiq sorğular aparır və maliyyə bazarının iştirakçılarının fəaliyyətini qiymətləndirir. Fikrimcə, yaxın vaxtlarda biz bu proqramı təsdiq edə biləcəyik”, - deyə baş direktor vurğulayıb.

O, həmçinin xatırladıb ki, 2021-ci ildə Mərkəzi Bank kibertəhlükəsizlik sahəsində beynəlxalq standartlara əsaslanan nəzarət tədbirləri hazırlayıb və qəbul edib.

"Bu standartlar bu ilin aprelində qüvvəyə minib və İSO 27001 beynəlxalq standartı əsasında hazırlanıb. Bura kibertəhlükəsizlik sahəsində nəzarət tədbirləri, mexanizmləri daxildir. Onun qəbulundan sonra Azərbaycanda bütün banklar həm texniki infrastrukturu, həm də və mexaniki baza və nəzarət vasitələrini gücləndirməyə başlayıblar. Bu işlər bu gün banklar tərəfindən həyata keçirilir”, - F.Osmanov əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO