Dərəyə düşən şəxs belə xilas edildi - VİDEO

Dərəyə düşən şəxs belə xilas edildi - VİDEO

Hazırda oxunan: Dərəyə düşən şəxs belə xilas edildi - VİDEO

101371

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Rüstəm Rüstəmov küçəsində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal çağırış ünvanına cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, vətəndaş Hüseynov Salman Ərzuman oğlu restoranın həyətyanı sahəsinə çəkilmiş hasarın üstündən yıxılaraq təxminən 10 metr dərinliyi olan dərəyə düşüb və müxtəlif dərəcəli bədən xəsarətləri alaraq köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər operativ olaraq xüsusi xilasetmə vasitələri ilə S.Hüseynovu dərədən çıxarıb təcili tibbi yardım briqadasına təhvil verərək xilas ediblər.

Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO