2021-ci ildə keçiriləcək "Formula 1" üzrə Azərbaycan qran-prisinin təqvimi açıqlanıb.
Bizim.Media xəbər verir ki, Bakıdakı yarış iyunun 4-də yerli vaxtla saat 13:30-da start götürəcək.
Həmin gün saat 17:00-da ikinci test yürüşü başlayacaq.
Növbəti - sonuncu sərbəst yürüş isə iyunun 5-də saat 14:00-da keçiriləcək. Hər üç yürüş bir saat davam edəcək.
Azərbaycan qran-prisinə isə iyunun 6-da yerli vaxtla saat 16:00-da start veriləcək.
Bizim.Media