Mülki təyinatlı ərazilərin minalanması regionda sülh və təhlükəsizliyə təhdidlər yaradır – ANAMA  

Mülki təyinatlı ərazilərin minalanması regionda sülh və təhlükəsizliyə təhdidlər yaradır – ANAMA  

Hazırda oxunan: Mülki təyinatlı ərazilərin minalanması regionda sülh və təhlükəsizliyə təhdidlər yaradır – ANAMA  

101327

ANAMA tərəfindən aparılan tədqiqat və təmizləmə əməliyyatları zamanı keçmiş təmas xətti və bu ərazilərin ətrafında yerləşən bağlar, meşələr, üzümlüklər, dağıdılmış yaşayış məskənləri, məzarlıqlar, çay kənarları və.s yerlərin ciddi şəkildə minalarla çirkləndirilməsi aşkar edilib.  

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin Mətbuat Xidmətindən məlumat verilib. 

Bildirilib ki, Ağdam rayonunun Yusifcanlı və Qarağacı, Cəbrayılın Cocuq Mərcanlı, Laçın rayonunun Suarası kəndlərində yerləşən mərazlıqların minalanmasına dair dəqiq məlumatlar var.  

Belə ki, 2021-ci ildə Ağdam rayonunun Yusifcanlı kənd mərazlığında 2 nəfər mülki şəxsin həlak olması, 2 nəfərin xəsarət alması, həmçinin son hadisə olaraq 21 oktyabr tarixində Laçın rayonunun Suarası kəndi məzarlığında 1 nəfər şəxsin həlak olması, digər birinin xəsarət alması ilə nəticələnən mina hadisələri buna sübutdur. 
Məzarlıqların, insanların müqəddəs yerlərinin, eyni zamanda, mədəni-tarixi abidələrə gedən yolların, bu yerlərin ətrafının, az sayda dağıdılmamış evlərin və həyətyani sahələrinin minalanması, o cümlədən tələ minaları ilə kütləvi şəkildə çirkləndirilməsi insanlığa qarşı törədilmiş cinayətdir. 

Həmçinin bildirilib ki, təqdim olunan mina formulyarlarının qeyri-dəqiqliyi, habelə mülki təyinatlı ərazilərin minalanması, partlayıcı sursatlarla ciddi şəkildə çirkləndirilməsi, regionda sülhə və təhlükəsizliyə təhdidlər yaradır, humanitar fəlakətə səbəb olur. 

Bütün qeyd olunan faktları nəzərə alaraq, ANAMA bir daha vətəndaşları məsuliyyətli və diqqətli davranaraq, qanunsuz səfərlərdən çəkinməyə, müəyyən olunmuş marşrutlardan kənar çıxmamağa çağırır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO