Qəfil vəfat edən Vətən Müharibəsi Qəhrəmanının atası dəfn edildi – FOTO

Qəfil vəfat edən Vətən Müharibəsi Qəhrəmanının atası dəfn edildi – FOTO

Hazırda oxunan: Qəfil vəfat edən Vətən Müharibəsi Qəhrəmanının atası dəfn edildi – FOTO

101279

Ötən gecə Qubada  qəfil vəfat edən  Vətən Müharibəsi Qəhrəmanı, şəhid Şahin Allahyarovun atası Zizik kənd qəbristanlığında oğlunun yanında dəfn edilib.

Bizim.Media xəbər verir ki, dəfn mərasimində Quba İH-nin məsul şəxsləri, Xudat sərhəd dəstəsinin əməkdaşları, şəhid ailələri və qazilər iştirak edib.

Dəfn mərasimindən əvvəl Quba İH başçısı Ziyəddin Əliyev, yerli DTX rəisi, millət vəkili Vahid Əhmədov, hüquq -mühafizə orqanlarının rəhbərləri şəhid Şahin Allahyarovun ata evində  ailəyə başsağlığı veriblər.
Qeyd edək ki, Vətən Müharibəsi Qəhrəmanı, DSX-nin baş giziri olmuş Şahin Allahyarovun atası Hüseynbala Allahyarov gecə saatlarında qəfildən dünyasını dəyişib. Onun yüksək təzyiqdən əziyyət çəkdiyi deyilir.

Hüseynbala Allahyarov bir neçə gün əvvəl TƏBİB-in Quba rayon mərkəzi xəstəxanasında keçirdiyi tibbi aksiyada müayinə olunmuşdu.

Quba İH-nin məsul əməkdaşı Anar Məmmədovun sözlərinə görə, o, bu günlərdə Bakıya xəstəxanaya müalicəyə gedəcəkmiş. Şəhid atası ötən gün Qusarda "Zəfər Forumu"nda iştirak etmişdi.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO