Başsız qalan “AZƏRSU” – “Sistem sıradan çıxıb, gündə nə qədər qəza baş verir”

Başsız qalan “AZƏRSU” – “Sistem sıradan çıxıb, gündə nə qədər qəza baş verir”

Hazırda oxunan: Başsız qalan “AZƏRSU” – “Sistem sıradan çıxıb, gündə nə qədər qəza baş verir”

101217

“Azərsu” ASC-dən verilən məlumata görə, bu gün səhər saatlarında Yasamal rayonu, Əsəd Əhmədov küçəsində, "+ 52 Alatava" və "+ 82 Qərb" mərkəzi su anbarlarını əlaqələndirən 1 400 mm-lik magistral su kəmərində qəza baş verib.

Qəza baş verən ərazidə su axınının qarşısını almaq üçün dərhal "+ 52 Alatava" su anbarında nasosların fəaliyyəti dayandırılıb və hadisə yerinə Bakı Sukanal və Yasamal rayon Sukanal idarələrinin qəza briqadaları, xüsusi texnikası cəlb olunub. 

Görünən odur ki, qısa zaman kəsiyində böyük su magistrallarında artıq 3-cü qəza baş verir. Bu halın tez-tez təkrarlanması istər-istəməz su kəmərlərinin istismar müddətinin başa çatdığını, buna baxmayaraq onların yenilənmədiyini deməyə əsas verir.

Bizim.Media-ya açıqlamasında iqtisadçı Akif Nəsirli bildirir ki, su magistrallarında qəza hallarının son zamanlar intensivləşməsi bi sistemdə işlərin bərbad hala gəldiyinə işarədir və ayrılan milyonlarla vəsaitin əsasən təyinatdan kənar xərclənməsilə bağlıdır:
 

MÖVZU İLƏ BAĞLI:

Yasamalda su borusu partladı - VİDEO


“Dəfələrlə bildirmişəm ki, su kəmərlərində intensivləşən partlayış və qəzalar “Azərsu” ASC-də korrupsiyanın tuğyan etməsindən qaynaqlanır. Kəmərin tikintisi zamanı istifadə edilən detalların, ehtiyat hissələrin istismar müddəti olur. İstismar müddəti başa çatandan sonra isə həmin detal və borular yenilərilə əvəzlənməlidir. Bunun üçün büdcədən milyonlarla vəsait də ayrılır. Buna baxmayaraq, hələ də istismar müddəti bitən xeyli su kəmərləri ərazisi yenilənməyib. Köhnəlmiş hissələr dəyişmədikdə, onlar daha bir neçə ay müddətinə istismara dözür, amma sonra dözməyərək, partlayışlara səbəb olurlar. Bu fonda su magistrallarının əksər hissəsinin vəziyyəti hazırda heç də qənaətbəxş deyil.  

Bu isə ayrılan vəsaitlərin bir hissəsinin təyinatdan kənar başqa məqsədlərə xərclənməsindən xəbər verir. Qaradağ və Yasamalda baş verən son iki partlayış hamının gözü önündə baş verib. Ona görə də geniş diqqətə məruz qalıb”

Ekspert bildirir ki, əslində “Azərsu”nun digər ərazilərində də intensiv qəzalar baş olur. Sistem sıradan çıxıb, müəssisə başsızdır, bizim görmədiyimiz, bilmədiyimiz nə qədər qəzalar baş verir:

“2019-ci ildə Hesablama Palatasının apardığı audit yoxlaması nəticəsində “Azərsu”nun da dotasiya, ziyanla işlədiyi məlum oldu. Bəlli oldu ki, “Azərsu” dövlət büdcəsinə verdiyi hər bir manata görə, ondan dotasiya şəklində 40 manat pul alır. Deməli, 1 kub su 40 manata başa gəlir. Hansı ki, 40 manata iki maşın 30 kubluq su almaq olar. Bu da onu göstərir ki, 1 kub suyun 40 manata başa gəlməsi mümkünsüzdür.
 

Şirkətdə həm işçi sayı, görülən işlərin həcmi, xərclər şişirdilir. Qəzaya düşən su borusunu təmir etməyə gələnlərin də əksəriyyəti işləyən fəhlə deyil, əllərini cibinə qoyub göstəriş verən rəhbər işçilər olur.


Dəfələrlə Sabunçuda belə halların şahidi olmuşam. Bu da onu göstərir ki, şirkətdə işçi sayı süni olaraq şişirdilir. Su borularında baş verən qəzaların səbəbi aydın məsələdir ki, xərclərin şişirdilməsi və bu sayaq problemlərin həlli üçün ayrılan vəsaitlərin tam olaraq təyinatı üzrə xərclənməməsindən qaynaqlanır”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO