“GMO məhsullar Azərbaycanda 2023-cü il yanvarın 1-dən qadağan ediləcək” - AQTA

“GMO məhsullar Azərbaycanda 2023-cü il yanvarın 1-dən qadağan ediləcək” - AQTA

Hazırda oxunan: “GMO məhsullar Azərbaycanda 2023-cü il yanvarın 1-dən qadağan ediləcək” - AQTA

101208

13 oktyabr 2022-ci il tarixdə “Ölkə bazarında 90% məhsullar GMO-dur” – AQTA kimin lobbiçiliyini aparır?“ başlıqlı araşdırma material dərc etmişdik. Materialda ölkəmizə gətirilən və burda yetişdirilən GMO məhsullarından, eləcə də əkin və yem üçün gətirilən xam malların da bəzisinin şübhəli tərkibi barədə ətraflı söhbət açmışdıq.

Ötən gün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Bizim.Media-ya cavab məktubu daxil olub.

Qurumun İnformasiya təminatı və innovativ həllər şöbəsindən gələn məktubda deyilir:

“2023-cü il 1 yanvar tarixindən qüvvəyə minəcək “Qida təhlükəsizliyi haqqında” yeni Qanuna əsasən, ölkə ərazisində yem üçün istifadəsi nəzərdə tutulan genetik modifikasiya olunmuş orqanizmlərin, habelə yalnız genetik modifikasiya olunmuş orqanizmlərdən ibarət olan və ya tərkibində genetik modifikasiya olunmuş orqanizmlər olan və ya tərkibində genetik modifikasiya olunmuş orqanizmlərdən əldə edilmiş məhsul olan yem məhsullarının ilkin istehsalı qadağan ediləcək.

Ümumiyyətlə, GMO məhsullarının ölkədə istehsalı və idxalı ilə bağlı bütün qadağalar öz qüvvəsində saxlanılır. Qanunda yalnız Azərbaycan Respublikasının ərazisində siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yem üçün istifadəsi nəzərdə tutulan GMO və ya tərkibində genetik modifikasiya olunmuş orqanizmlərdən əldə edilmiş məhsul olan yem məhsullarının istehsalına, emalına və dövriyyəsinə həmin məhsullar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən qeydiyyata alındıqdan sonra icazə verilir”.

Məktubda daha sonra deyilir ki, hazırda daha çox yem qismində istifadə edilən GMO bitkilər soya, qarğıdalı, pambıq və kanola bitkiləridir:
 

“Beynəlxalq mənbənin 2019-cu il üzrə hesabatına əsasən, dünyanın 29 ölkəsində ümumilikdə 190 milyon hektar ərazidə GMO məhsulları becərilir və bu məhsulların 70-90%-i məhz yem kimi heyvandarlıqda istifadə edilir.


Avropa İttifaqında təhlükəsizliyi elmi risk qiymətləndirmələri nəticəsində sübut edilmiş və istifadəsinə icazə verilməklə Avropa Komissiyasının “Genetik Modifikasiya Olunmuş yem”lərə dair reyestrinə daxil edilmiş bir çox GMO olan soya, qarğıdalı, pambıq və kanola bitkilərinə daha çox quraqlığa, zərərvericilərə və herbisidlərə qarşı davamlılığa cavabdeh olan genlər daxil edilmişdir. Təbii ki, həmin məhsullar üzərində həyata keçiriləcək ciddi nəzarət və tənzimləmə tədbirləri bu istiqamətdə hər hansı arzuolunmaz halların qarşısını qətiyyətlə alacaqdır”.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO