Ağdamda Yeni Azərbaycan Partiyasının 30 illiyi qeyd edildi - FOTO

Ağdamda Yeni Azərbaycan Partiyasının 30 illiyi qeyd edildi - FOTO

Hazırda oxunan: Ağdamda Yeni Azərbaycan Partiyasının 30 illiyi qeyd edildi - FOTO

101129

Ağdamda Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyinə həsr olunmuş Konfrans keçirilib. 

Bizim.Media-nın Qarabağ bürosunun məlumatına görə, hakim partiyanın Ağdam rayon təşkilatı tərəfindən təşkil olunan konfransda partiya idarə heyyətinin nümayəndələri, rayon icra ictimayyəti üzvləri, yerli təşkilatın idarə heyyətinin üzvləri, bir qrup şəhid ailələri və müharibə qaziləri iştirak edib.  

Tədbir iştirakçıları öncə rayonun Quzanlı qəsəbəsində yerləşən Ulu öndər Heydər Əliyevin abidəsini, Şəhidlər Abidə Kompleksini və Şəhidlər Xiyabanını ziyarət ediblər.

Dövlət himninin səsləndirilməsi ilə başlayan konfransda Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan vətən övladlarının xatirəsi ehtiramla yad edilib.  

Bundan sonra Yeni Azərbaycan Partiyasının fəaliyyətinə həsr olunmuş video icmal təqdim edilib.  

YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev “Yeni Azərbaycan Partiyası son 30 illik tariximizin şanlı səhifələrindəndir” mövzusunda məruzə ilə çıxış edib, partiyanın 30 il ərzində ölkəmizin ictimai-siyasi həyatında oynadığı roldan ətraflı söhbət açıb.  

Digər çıxış edənlər - Ağdam rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov, Yeni Azərbaycan Partiyası idarə heyətinin üzvü Ədalət Muradov və millət vəkili Bəxtiyar Sadıqov hakim partiyanın yarandığı illərdən, onun keçdiyi inkişaf yollardan, həmçinin dövlətçilik istiqamətində aparılan uğurlu siyasətdən söhbət açıblar.  

Tədbirin sonunda Ali Baş Komandanın sərəncamı ilə şəhid İsizadə Elvin Azim oğlunun təltif edildiyi medal onun atası Azim Quliyevə təqdim edilib.  

Bundan başqa partiya sıralarına yeni qəbul olunmuş bir qrup gəncə üzvlük vəsiqələri verilib, həmçinin rayonun ictimai-siyasi həyatında fəal iştirak etdiklərinə görə bir qrup YAP fəalına “Təşəkkürnamə” təqdim edilib. 

 Elgün Gəncimsoy, Bizim.Media - Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO