“Türkiyə modeli”nin Ordumuzda uğurlu tətbiqi özünü son döyüşlərdə göstərdi” - Zakir Həsənov 

“Türkiyə modeli”nin Ordumuzda uğurlu tətbiqi özünü son döyüşlərdə göstərdi” - Zakir Həsənov 

Hazırda oxunan: “Türkiyə modeli”nin Ordumuzda uğurlu tətbiqi özünü son döyüşlərdə göstərdi” - Zakir Həsənov 

101075

“Azərbaycan Ordusu Türkiyədə keçirilən “Saha Expo" sərgisində nümayiş olunan əksər silahlarla maraqlanır. Artıq müqavilələrimiz də var”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib.

Nazir artıq bir sıra müqavilələrin imzalandığını diqqətə çatdırıb.

“Baxırıq, müzakirələr aparırıq. Xüsusən qeyd etmək istərdim ki, son illərdə Türkiyədə silah istehsalında böyük işlər görülüb. Bu, bizi sevindirir”, - deyə Z.Həsənov bildirib.

Apa.az-ın məlumatına görə, nazir Azərbaycan Ordusunda “Türkiyə modeli”nin tətbiqi üzrə görülən bir sıra işləri də açıqlayıb:

“İşlərin əksəriyyətini görmüşük. Təşkilatı-ştat strukturu dəyişib, sistem, əsasən idarəetmə dəyişib. Bu uğurla tətbiq olundu. Bu, son döyüşlərdə də özünü göstərdi”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO