Neft Fondu 2 min nəfərin xaricdə təhsil almasına dəstək verəcək - AÇIQLAMA 

Neft Fondu 2 min nəfərin xaricdə təhsil almasına dəstək verəcək - AÇIQLAMA 

Hazırda oxunan: Neft Fondu 2 min nəfərin xaricdə təhsil almasına dəstək verəcək - AÇIQLAMA 

101022

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2020-ci ilə qədər vətəndaşların xaricdə təhsil almasına dəstək göstərəcək.

Bizim.Media xəbər verir ki, bunu ARDNF-in Büdcə proqnozlaşdırma və layihələr departamentinin direktoru Müşfiq Bayramov media nümayəndələri üçün keçirilmiş təlimdə bildirib.

O qeyd edib ki, sözügedən layihə çərçivəsində 2000 nəfərin xaricdə təhsil almasına maliyyə yardımı göstəriləcək:

"Hazırda il ərzində 400 nəfərin magistratura, 80 nəfərin isə bakalavr dərəcəsində təhsil almasına maliyyə vəsaiti ayrılır. Bu çərçivədə vətəndaşların əsasən elektrik mühəndisliyi, o cümlədən kompüter mütəxəssisi ixtisasında xaricdə təhsil almalarına daha çox üstünlük verilir".

Murad, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO