İrandan narkotik daşıyan dəstə üzvlərinə HÖKM OXUNDU

İrandan narkotik daşıyan dəstə üzvlərinə HÖKM OXUNDU

Hazırda oxunan: İrandan narkotik daşıyan dəstə üzvlərinə HÖKM OXUNDU

101018

Azərbaycana külli miqdarda narkotik vasitə keçirməkdə ittiham olunan Röyal Rəhimov və Sirac Kərimlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bizim.Media xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə baş tutan prosesdə hökm elan edilib.

Röyal Rəhimov 15 il və Sirac Kırimli 17 il müddətinə azadlıqdan mərhum ediliblər.

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı Röyal Rəhimov və əvvəllər məhkum olunmuş Surac Kərimli Qaradağ rayonu ərazisində saxlanılıblar.
Onların üzərindən və Röyal Rəhimovun avtomobilindən 22 kiloqram, o cümlədən 12 kiloqram heroin və 10 kiloqramdan artıq metamfetamin aşkar edilib.

Adları sadalanan şəxslər beynəlxalq narkoşəbəkənin üzvləri olduqları müəyyənləşdirilib. Onların Asiya ölkələrindən qaçaqmalçılıq yolu ilə göndərilən külli miqdarda narkotik vasitələri qəbul edərək ölkə ərazisində satışını təşkil etməyə çalışdıqları məlum olub.

İstintaq müəyyən edilib ki, həmin şəxslər narkotik vasitəni İran vətəndaşı olan Yəhya adlı şəxsdən qəbul ediblər.

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 206.3.2, 206.3.3 (qaçaqmalçılıq), 234.4.1, 234.4.3 (narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi) maddələri ilə ittiham elan olunub.

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO