Yük maşınlarının Bakıya girişinə qoyulan qadağa nə verəcək? – “Qərarlara əməl olunmur”

Yük maşınlarının Bakıya girişinə qoyulan qadağa nə verəcək? – “Qərarlara əməl olunmur”

Hazırda oxunan: Yük maşınlarının Bakıya girişinə qoyulan qadağa nə verəcək? – “Qərarlara əməl olunmur”

100906

2022-ci il 27 oktyabr tarixindən xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və xilasedici nəqliyyat vasitələri istisna olmaqla, yüklə birlikdə kütləsi 8 tondan artıq olan yük avtomobillərinin səhər saat 07:00-dan axşam 22:00-dək, yanacaq daşıyan yük avtomobillərinin isə səhər saat 06:00-dan axşam saat 00:00-dək Bakı şəhərinə girişi və şəhərdaxili hərəkətinin qadağan edilməsi nəzərdə tutulub.

Bu qadağa görəsən, paytaxtda hakim olan tıxac probleminin həllinə nə dərəcədə təsir göstərəcək?
 

MÖVZU İLƏ BAĞLI:

DYP-dən yük avtomobillərinin sürücülərinə XƏBƏRDARLIQ


​​​​​​​Bizim.Media-ya açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, yük maşınlarına qoyulan bu qadağa tıxac məsələsinin həllində cüzi rol oynayacaq, problemin kökündən həllinə gətirib çıxarmayacaq:

“Bundan öncə də bənzər qərar var idi. Həmin qərarla səhər saat 08.00-20.00 arasında yük avtomobillərin şəhərə buraxılmasına məhdudiyyət qoyulmuşdu.

Amma həmin qərara əməl olunmadı. Ölkədə əlaqədar qurumların atdığı addımların nəticələrinin analiz edilməsi kimi problemi yaşayırıq. Atılan addımların harda effekt verdiyi, səhvlərin, porblemlərin harda olduğu analiz olunmalıdır.

Analizə uyğun olaraq da qərarların qəbul edilməsi mexanizmi hazırlanmalıdır. Ölkəmizdə əsas problem olan tıxacların niyə yaranması, burada yük maşınlarının rolu, bundan əlavə tıxaca səbəb olan əsas məsələnin nədən ibarət olması ilə bağlı analizə, elmi araşdırmaya ehtiyac var. 
Bu mənada oktyabrın 27-də qüvvəyə minəcək qərar sərt şəkildə yerinə yetirilərsə, tıxac probleminin həllinə cüzi də olsa təsir edəcək. Amma bu addım problemin kökündən, fundamental həlli üçün yetərli deyil”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO