Ölkəmizə gələn turistlərin sayında ARTIM

Ölkəmizə gələn turistlərin sayında ARTIM

Hazırda oxunan: Ölkəmizə gələn turistlərin sayında ARTIM

100886

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 176 ölkədən 1 162,7 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Bizim.Media bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. 

Gələnlərin 26,6 %-i Rusiya, 19,6 %-i Türkiyə, 11 %-i İran, 7,4 f%-i Səudiyyə Ərəbistanı, 4,8 %-i Gürcüstan, 3,2 %-i Pakistan, 3,1 %-i Hindistan, 2,3 %-i Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), 1,9 %-i Qazaxıstan, 1,8 %-i Ukrayna, 1,7 %-i İsrail, 1,6 %-i Küveyt, 1,5 %-i Özbəkistan, 1,4 %-i Oman, 1,1 %-i Böyük Britaniya, 11 %-i digər ölkələrin vətəndaşları olub.

Gələnlərin 74,4 %-ni kişilər, 25,6 %-ni qadınlar təşkil edib. 

Ötən ilin eyni dövrünə nisbətən Küveytdən gələnlərin sayı 167,9 dəfə, Omandan 130,8 dəfə, Səudiyyə Ərəbistanından 99 dəfə, Pakistandan 25,4 dəfə, Hindistandan 16 dəfə, Qazaxıstandan 5,7 dəfə, İsraildən 5,5 dəfə, BƏƏ-dən 5,2 dəfə, Bəhreyndən 4,8 dəfə, ABŞ-dan 3,4 dəfə, Almaniyadan 2,9 dəfə, Fransadan 2,7 dəfə, Böyük Britaniyadan 2 dəfə, Türkiyədən 1,7 dəfə, Ukraynadan 1,7 dəfə, Rusiyadan 1,7 dəfə, İrandan 1,6 dəfə, Gürcüstandan 25,5 % artıb. 

Son 1 ildə körfəz ölkələrindən gələnlərin sayı 3,1 dəfə artaraq 283,6 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,4 dəfə artaraq 55,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,9 dəfə artaraq 395,3 min nəfər olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO