Şəmkirdə kişi güllələnərək qətlə yetirildi

Şəmkirdə kişi güllələnərək qətlə yetirildi

Hazırda oxunan: Şəmkirdə kişi güllələnərək qətlə yetirildi

100649

Şəmkirdə 43 yaşlı kişi odlu silahla qətlə yetirilib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Seyfəli kəndində qeydə alınıb.

Məlumata görə, 1979-cu il təvəllüdlü Bayramov Ruslan Nizami oğlu güllələnib. O hadisə yerində ölüb.

Qətlin hansı səbəbdən və kim tərəfindən törədildiyi hələlik məlum deyil. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda cinayət işi başlanıb.

Araşdırmalar davam edir.

Məqsəd Rəhimov, Bizim Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO