Abşeronda DƏHŞƏTLİ QƏTL - Ər hamilə arvadını dəmir boru ilə qətlə yetirib

Abşeronda DƏHŞƏTLİ QƏTL - Ər hamilə arvadını dəmir boru ilə qətlə yetirib

Hazırda oxunan: Abşeronda DƏHŞƏTLİ QƏTL - Ər hamilə arvadını dəmir boru ilə qətlə yetirib

100595

Abşeron rayonunda kişinin hamilə arvadını qətlə yetirməsində əsaslı şübhələr müəyyən edilib. 

Abşeron rayon prokurorluğundan Bizim.Media-ya bildirilib ki, oktyabrın 22-i saat 01 radələrində Abşeron rayonu, Saray qəsəbəsi sakini 1995-ci il təvəllüdlü Səidə Nəmətovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1994-cü il təvəllüdlü Vüqar Nəmətovun oktyabrın 21-i saat 22 radələrində yaşadıqları evdə 2015-ci il təvəllüdlü qızını döyərkən qızını qorumağa çalışan, hamilə vəziyyətində olan Səidə Nəmətovaya dəmir materialdan olan boru vasitəsilə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.8-ci (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 
Vüqar Nəmətov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO