Hüquq müdafiəçisi azyaşlıya zorakılıqla bağlı Samux icra hakimiyyətinə SƏSLƏNDİ  

Hüquq müdafiəçisi azyaşlıya zorakılıqla bağlı Samux icra hakimiyyətinə SƏSLƏNDİ  

Hazırda oxunan: Hüquq müdafiəçisi azyaşlıya zorakılıqla bağlı Samux icra hakimiyyətinə SƏSLƏNDİ  

100512

Samux rayonunda orta məktəblərdən birində azyaşlı oğlana qarşı seksual xarakterli zorakılıq hərəkətlərinin edildiyi xəbər verilmişdi. Hadisə rayonun Qiyaslı kənd orta məktəbində baş verib. 
6-cı sinif şagirdi 9-cu sinif şagirdi həmcinsi tərəfindən seksual xarakterli hərəkətlərə məruz qalıb. Həmin vaxt yaşca böyük olan şagirdin sinif yoldaşları baş vermiş hadisəni telefonla videoya çəkiblər. Görüntülər yayıldıqdan sonra hadisə barədə rayonun hüquq-mühafizə orqanlarına müraciət edilib. 

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən Bizim.Media-ya olayın araşdırıldığı, hələki əlavə məlumat olmadığı bildirilib. 

Azyaşlının seksual hərəkətlərə məruz qalması ilə bağlı məsələyə Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə də münasibət bildirib.

O, zorakılıq hərəkətləri ilə bağlı məktəblərdə iş aparılmasını vacib sayıb:

“Uşaqlar məsuliyyətlərini dərk etmədiklərindən bu addımları atırlar. Onlar düşünmürlər ki, seksual hərəkət olduqda, həm qarşı tərəfin, həm də özünün problemi yaranacaq. Eləcə də o hərəkəti törədənin psixoloji gərginliyi yeri gələndə sabah ona qarşı bir cinayətə çevrilə bilər.

Mütləq şəkildə bunun təbliğatı güclü şəkildə aparılmalıdır. Uşaqların öz məsuliyyətlərini dərk etmələri üçün həm də ailələrlə iş aparılmalıdır”.

Kəmalə Ağazadə Samuxdakı hadisə ilə bağlı rayon icra hakimiyyətinə səslənib:

“Rayon qəyyumluq şöbələri hər uşaqla, zərərçəkən və zərərtörədənlə görüşlər keçirməlidir. Bəzi hallarda qərəzli tərəflər də ola bilər. Cinayət baş veribsə, təbii ki, qərəz də yaranacaq.

Amma fakt odur ki, bu uşağa görə seksual hərəkətlər olub. Burada şəxsin, insanın toxunulmazlığından söhbət gedir. Hər iki uşaq Samux Rayonu Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya tərəfindən nəzarətə götürülməlidir. Seksual hərəkətlərin özü hüquqi məsuliyyət yaradır. Söhbət 9-cu sinif şagirdindən gedir və yaşı 14-dən yuxarıdır. Ekspertiza cinsi təcavüzü təsdiqləyərsə, burada artıq ağır maddələr formalaşacaq.

Həmçinin DİN-in uşaq inspektorları uşaqları nəzarətə götürməli, onlarla və ailələri ilə ciddi iş aparmalıdır”.

Xatırladaq ki, Samux Rayon Polis Şöbəsində cinayət işi başlanıb, müvafiq ekspertiza təyin olunub, ekspertiza rəyindən sonra məsələyə hüquqi qiymət veriləcək.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO