Paytaxtda qanunsuz taksi fəaliyyəti ilə bağlı reydlər keçirilir

Paytaxtda qanunsuz taksi fəaliyyəti ilə bağlı reydlər keçirilir

Hazırda oxunan: Paytaxtda qanunsuz taksi fəaliyyəti ilə bağlı reydlər keçirilir

100485

Paytaxtın nəqliyyat sahəsindəki problemlər, qanunsuz taksi fəaliyyəti, parklanma  və digər çatışmamazlıqlarin aradan qaldırılması istiqamətində tədbirlərin həyata keçirilməsi proseslərinə başlanılıb. 

Bizim.Media xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeçiliyində Baki Nəqliyyat Agentliyi, Dövlət Yol Polisi və Dövlət Vergi Xidməti tərəfindən Bakı şəhərinin müxtəlif ərazilərində birgə reydlər keçirilir. 

Reydlər zamanı əsasən lisenziyası olmayan, standartlara cavab verməyən, qanunsuz fəaliyyət göstərən taksilər aşkarlanıb, sürücülərlə müvafiq maarifləndirmə söhbətləri aparılıb, müvafiq izahatlar verilib, onlar qanunun tələblərinə uyğun fəaliyyət göstərməyə çağrılıblar. Ciddi qanun pozuntularına yol verən.
Fərqlənmə nişanı olmayan  sürücülərə qarşı İXM-nin mvafiq maddələrinə uyğun cərimələr tətbiq edilib. 

Bu istiqamətdə reydlər aidiyyatı qurumlarla birgə daimi xarakter daşıyacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO