\

\"Azəriqaz\"a işə düzəltmək adı ilə dələduzluq edən şəxsə HÖKM OXUNDU

Hazırda oxunan: \"Azəriqaz\"a işə düzəltmək adı ilə dələduzluq edən şəxsə HÖKM OXUNDU

100484

Mingəçevir şəhər Məhkəməsində dələduzluqda təqsirləndirilən Sübhan Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Bizim.Media-nın əldə etdiyi məlumata görə, məhkəmənin hökmü ilə S. Quliyev 1 il 11 ay 27 gün müddətə azadlıqdan məhrum edilib. 

Xatırladaq ki, ittihama görə, təqsirləndirilən şəxs tanışının övladını Mingəçevir şəhərində yerləşən "Azəriqaz"a işə düzəldəcəyi barədə yalan vəd verib, 3000 manat məbləğdə pulunu alaraq dələduzluq edib.  
Qeyd edilən əmələ görə, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi açılaraq barəsində həbs qətimkan tədbiri seçilib.

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO