Bakıda 12 il əvvəl qətl törədən şəxsin MƏHKƏMƏSİ BAŞLAYIR 

Bakıda 12 il əvvəl qətl törədən şəxsin MƏHKƏMƏSİ BAŞLAYIR 

Hazırda oxunan: Bakıda 12 il əvvəl qətl törədən şəxsin MƏHKƏMƏSİ BAŞLAYIR 

100411

Bakının Yasamal rayonunda 12 il əvvəl qətl törətməkdə təqsirli bilinən Telman Məcidovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.  

Bizim.Media xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Faiq Qəniyevin icraatına verilib.  

Yaxın günlərdə məhkəmə başlanacaq.  

Ittihama görə, 2010-cu il noyabrın 18-də paytaxt sakini Qürbət Abzərovun kəllə-beyin travması diaqnozu ilə daxil olduğu xəstəxanada 8 gün sonra ölməsi faktına görə Yasamal rayon prokurorluğunda cinayət işi başlanılıb. 

Bu iş üzrə həmin il istintaq aparılsa da, cinayəti törətmiş şəxsin müəyyən edilməsi mümkün olmadığından iş üzrə icraat dayandırılıb. 

Lakin sonradan cinayət işi təkrar öyrənilməklə istintaqın davam etdirilməsi Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub.  

Aparılmış istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilib ki, 1964-cü il təvəllüdlü Telman Məcidov cəzaçəkmə müəssisəsində olarkən, onunla eyni vaxtda cəza çəkən 1969-cu il təvəllüdlü Qürbət Abzərovun onun ailə üzvləri barəsində təhqiredici ifadələrə yol verdiyinə görə cəzasını başa vurandan sonra noyabrın 18-də qisas almaq məqsədilə sonuncu ilə görüşərkən aralarında yaranmış mübahisənin gedişində gəzdirdiyi dəmir çəliklə qəsdən bir dəfə baş nahiyəsinə zərbə vurub.

Qeyd olunan xəsarətin təsirindən Qürbət Abzərov müalicə olunduğu xəstəxanada ölüb. 

İstintaq orqanı tərəfindən Telman Məcidovun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.  

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO