Şəmkirdə 40 yaşlı kişi naməlum şəraitdə xəsarət alıb

Şəmkirdə 40 yaşlı kişi naməlum şəraitdə xəsarət alıb

Hazırda oxunan: Şəmkirdə 40 yaşlı kişi naməlum şəraitdə xəsarət alıb

100409

Şəmkirdə 40 yaşlı kişi müxtəlif dərəcəli bədən xəsarəti ilə xəstəxanaya çatdırılıb. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Düyərli kəndində qeydə alınıb. 1982-ci il təvəllüdlü Firuz Qarayev qarın nahiyəsinin kəsilmiş deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. 

Xəsarət alan şəxs dərhal əməliyyat olunub, onun vəziyyətinin stabil olduğu bildirilir. Hadisənin hansı səbəbdən və kim tərəfindən törədildiyi hələlik məlum deyil. 

Faktla bağlı araşdırma aparılır. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO